İqtisadiyyat

Ölkədə benzin istehlakı artıb

24 Aprel 2019 17:24
0 Şərh     Baxış: 1 046
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"2019-cu ilin birinci rübündə Azərbaycanda benzin istehlakı ötən ilin analoji dövrü ilə müqayisədə 3 faiz artıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu SOCAR-ın istehsalat üzrə vitse-prezidenti David Məmmədov deyib.

Onun sözlərinə görə, Heydər Əliyev adına Neft Emalı Zavodunda həmin dövrdə təxminən 350 min ton benzin istehsal olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin yanvar-mart aylarında ölkədə neft məhsullarının istehsalı təxminən 1,2 milyon təşkil edib. Qeyd edək ki, 2018-ci ildə ümumiyyətlə neft məhsulları istehsalı 4,76 milyon ton olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.