İqtisadiyyat

Expressbank təbiətin qorunmasına önəm verir

23 Aprel 2019 13:25
Baxış: 885
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekoloji tarazlığın bərpasını, ətraf mühitin qorunmasını mütəmadi olaraq diqqətdə saxlayan Expressbank kollektivi Azərbaycan təbiətinə xüsusi önəm vermiş, daim onun təbii və ilkin toxunulmazlığının qorunmasını ən vacib məsələlərdən saymış, Ümummilli lider Heydər Əliyevin "Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir!" sözünü rəhbər tutaraq Beynəlxalq  Yer günü ilə əlaqədar olaraq ağacəkmə aksiyası keçirib.

Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 21 aprel 2019- cu il tarixində Binəqədi rayonu ətrafında baş tutub.

Mütəmadi olaraq mühüm korporativ sosial məsuliyyət tədbirlərinə böyük önəm verən Expressbank- ın bu tədbirinin əsas məqsədi ətraf mühitin qorunmasının vacibliyini insanlara çatdırmaqla ictimai nəzarəti gücləndirmək, ekoloji tarazlığın bərpasını həyata keçirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.

Bankın İnsan Resursları departamentinin rəhbəri Məlahət Abdullayeva bildirdi ki, "Bu gün əkilən hər bir ağac gələcək nəsillərə yadigar qalacaq. Bakı şəhərində, ümumilikdə Abşeron yarımadasında ekoloji tarazlığın qorunmasında vacib rol oynayacaq. Məqsədimiz ekoloji-maarifləndirmə çərçivəsində ətraf mühitin qorunmasına xidmət etmək və ictimaiyyətin diqqətini bu sahəyə cəlb etməkdir."

Ağacəkmə aksiyası zamanı əməkdaşlar həmçinin ərazini tullantılardan təmizlədilər. Expressbank ekoloji-maarifləndirmə çərçivəsində ətraf mühitin qorunmasının əhəmiyyətinin təbliğatı ilə əlaqədar olaraq bu cür maarifləndirici tədbirləri davam etdirəcək.

Qeyd edək ki, pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.

Ağacəkmə aksiyasından hazırlanan çarx:

https://www.youtube.com/watch?v=uqIeOMB72DQ

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Təbiətimizi birlikdə qoruyaq

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.