İqtisadiyyat

Azərbaycan startap-ekosistem reytinqində mövqeyini yaxşılaşdırıb

20 Aprel 2019 20:23
Baxış: 413

Azərbaycan "Startup Ecosystem Rankings 2019" reytinqində mövqeyini yaxşılaşdıraraq 67-ci yerdə qərarlaşıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "StartupBlink" dünya startaplar kartoqrafiya xidmətinin tərtib etdiyi reytinqdə deyilir.

Reytinq tərtib olunarkən 100 ölkə və 1000-dən çox şəhərdən məlumatlar nəzərə alınıb. Azərbaycan əvvəlki reytinqlə müqayisədə bir pillə yüksəlib.

Paytaxt Bakı isə öz növbəsində 55 pillə yüksələrək 302-ci yerdə qərarlaşıb.

Reytinq müəllifləri hesab edir ki, Azərbaycanda dəyəri qısa müddət ərzində milyard dollardan çox arta biləcək ilk startap 2025-ci ilədək peyda ola bilər.

Müəlliflər onu da bildirir ki, Azərbaycanın əsas məqsədi Bakının daha güclü regional qovşağa çevrilməsi və daha çox lokal ekosistemin yaradılması olmalıdır.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.