İqtisadiyyat

Rabitəbankdan kompensassiya alacaq olan müştərilərə xəbər var!

20 Aprel 2019 17:25
Baxış: 1 510
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rabitəbank, Ölkə Başçısının imzaladığı "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanına əsasən, kompensassiyaya dair sms-lərin göndərilməsinə hazırlaşır.

Yaxın günlərdə Rabitəbank tərəfindən, kompensassiya alacaq olan müştərilərə SMS göndəriləcəkdir. SMS-də müştərinin yaxınlaşmalı olduğu filial, tarix və zəruri sənədlərin siyahısı yer alacaq. SMS-lərdə filiallara uyğun olaraq fərqli vaxtların təyin olunması kompensassiya alacaq olan müştərinin sırada uzun növbələrdə gözləməsinin qarşısını alaraq, xidmət keyfiyyətinin artırılması səbəbindəndir.

Həmçinin qeyd edək ki, müştərilər xarici valyuta kreditləri üzrə hesablanmış kompensasiya məbləği və restrukturizasiya məlumatını Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi portaldan (https://pk.fimsa.az/az/kompensasiya) əldə edə bilərlər.

Ölkənin ilk müstəqil banklarından olan Rabitəbank, 23 filial və 2 şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 qaynar xəttinə aid  www.133.az saytına daxil olmaq və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.