İqtisadiyyat

Həftəsonu Azərbaycan nefti bahalaşıb

19 Aprel 2019 23:56
0 Şərh     Baxış: 1 105
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 18-də 74,5 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,09 dollar/barel çoxdur.

Milli.Az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 73,82 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,13 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,68 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətə bərabərdir.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 71 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 0,19 dollar/barel azdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.