İqtisadiyyat

Mərkəzi Azəri platformasında işlər dayandırılıb

19 Aprel 2019 19:09
0 Şərh     Baxış: 483

Mərkəzi Azəri platforması profilaktik işlər üçün planlaşdırılmış çəkildə dayandırılır.

Milli.Az bildirir ki, Azəri-Çıraq-dərinsulu Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan BP şirkətindən Trend-ə verilən məlumata görə, BP AÇG-nin illik iş proqramının bir hissəsi olaraq Mərkəzi Azəri platformasının planlaşdırılmış dayandırılması proqramını həyata keçirməyə başlayıb.

Plana əsasən Mərkəzi Azəri platformasından hasilat 2019-cı il aprel ayının 15-dən təxminən 15 gün müddətinə dayandırılıb ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparılsın. Bu proqram çırçivəsində müxtəlif layihələr o cümlədən məşəl alışdırma sisteminin modernləşdirilməsi həyata keçiriləcək. Bu işlər platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan istismar qabiliyyətini uzun müddət davam etdirməsi üçündür.

Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir. Bu proqramın hazırlığına 2018-ci ildən başlanmışdır və proqram üzrə həyata keçirilən işlər 2019-cı ilin illik iş proqramı və büdcəsinə daxil edilmişdir. Platformanın müvəqqəti dayandırılması həmçinin bu ilin hasilat planına da daxil edilmişdir.

AÇG-nin digər platformalarından, həmçinin Şahdəniz yatağının platformalarından hasilat, Bakı-Tbilisi-Ceyhan, Qərb Marşrutu İxrac Boru Kəməri və Cənub Qafqaz Boru Kəməri vasitəsilə ixrac əməliyyatları normal davam edəcək. Səngəçal terminalı da normal işləyəcək, həmçinin Ceyhan və Supsa terminallarında tankerlərin yüklənməsi və yola salınması cədvələ uyğun davam edəcək.

Bu planlaşdırılmış proqramlar müntəzəm aparılan inspeksiya, profilaktik işlər və layihənin yerinə yetirilməsi fəaliyyətləri üçündür. Onlar obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının vacib bir hissədir və əsasən elə profilaktik təmir və modifikasiya işlərindən ibarət olur ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür.

Milli.Az 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.