İqtisadiyyat

Şahin Mustafayev Azərbaycan-İran əlaqələrindən danışdı

19 Aprel 2019 16:14
1 Şərh     Baxış: 341

"Azərbaycan-İran əlaqələri intensiv inkişaf edir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Hacıqabul Sәnaye Mәhәllәsindә Azәrbaycan vә İranın birgә avtobus və yük avtomobili istehsalı zavodunun tәmәlqoyma mərasimi zamanı deyib.

O, xüsusilə, ikitərəfli humanitar əlaqələrin yüksək səviyyəsini, nəqliyyat-tranzit, enerji, neft-qaz, ticarət sahələrində uğurlu əməkdaşlığı qeyd edib.

Birgə layihələr barədə danışan Ş.Mustafayev Neftçala Sənaye Məhəlləsində uğurla fəaliyyət göstərən avtomobil zavodunu da qeyd edib. O bildirib ki, ötən il müəssisədə 1000-dən çox avtomobil istehsal olunub.

Nazir əlavə edib ki, İranın sənaye, mədən və ticarət naziri Reza Rəhmaninin səfəri çərçivəsində keçirilən görüşlərdə sənaye və ticarət sahələri ilə bağlı məsələlər müzakirə olunur.

Xatırladaq ki, bu gün Hacıqabul sәnaye mәhәllәsindә Azәrbaycan vә İranın birgә avtobus və yük avtomobili istehsalı zavodunun tәmәli qoyulub.

Tәmәlqoyma mәrasiminә Azәrbaycanı iqtisadiyyat naziri Şahin Mustafayev vә İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Reza Rəhmani qatılıb.

Avtobus və yük avtomobili istehsalı zavodu "Azərmaş Sənaye" MMC tərəfindən inşa olunacaq. MMC-nin təsisçiləri "Azərmaş" (25 faiz) və "Qartal Az"dır (75 faiz).

Layihənin dəyəri 10 milyon avro təşkil edir. İlkin mərhələdə istehsal gücü ildə 500 avtobus və yük avtomobili təşkil edəcək, ikinci mərhələdə isə iki dəfə artırılacaq.

Zavodda 200 nəfər işlə təmin ediləcək. Avtobusların təqribi qiyməti 135-200 min avro, yük avtomobillərinin isə 70-90 min avro olacaq.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Tam Maxfi · 19 Aprel 19:3600

    Axi kime lazimdi Iranin hec ozude isletmediyi masinlar.Onlarin geleceyi yoxdu.Cunki benzinle osleyir.Siz bir Gurcustana baxin.Elektrikle isleyen masinlar buraxacaqlar.Iran ermenistana destek verir.ermeniler irandaki qardaslarimizdan yaxsi yasayirlar

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.