İqtisadiyyat

Türkiyə və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq - Nazir

19 Aprel 2019 14:54
0 Şərh     Baxış: 935
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Türkiyə və Azərbaycan arasında aviareyslərin sayı həftədə 115-dək artırılacaq".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan deyib.

Nazir bildirib ki, reyslərin sayı yay mövsümündə artırılacaq. M.Cahit əlavə edib ki, hazırda Türkiyə ilə Azərbaycan arasında həftədə 90 aviareys həyata keçirilir.

Nazirin sözlərinə görə, aprelin 22-dən başlayaraq isə Türkiyənin "Pegasus" aviaşirkəti tərəfindən Ankara-Bakı birbaşa reysləri işə düşəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.