İqtisadiyyat

Azərbaycan və İranın birgə istehsalı olan avtobuslar həm yerli bazar, həm də ixrac üçün nəzərdə tutulub

19 Aprel 2019 12:31
0 Şərh     Baxış: 947
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan və İranın birgə istehsal etdiyi avtobuslar həm yerli bazar, həm də ixrac üçün nəzərdə tutulub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Azərmaş"ın İdarə Heyətinin sədri Emin Axundov bildirib.

E.Axundovun sözlərinə görə, avtobusların tutumu 41 sərnişindən yuxarı olacaq.

Sədr əlavə edib ki, Neftçalada istehsal olunan "Peugeot" avtomobilləri artıq satışa çıxarılmaqdadır: "İndiyədək 100-dən artıq avtomobil satılıb".

E.Axundov qeyd edib ki, təməli qoyulan yeni zavod "Azərmaş"ın yeni layihəsidir: "İranın "Maral" treller şirkəti ilə "Azərmaş" ASC arasında distribüterlik müqaviləsi imzalanıb. Müqavilə ağır tonnajlı yük maşınları üçün qoşquların Azərbaycanda satışını nəzərdə tutur. Daha sonra həmin qoşquların istehsalı üçün Azərbaycanda yeni zavodun tikilməsi gözlənilir"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.