İqtisadiyyat

BP “Azəri-Çıraq-Günəşli” blokunun platformalarının birində işi dayandırdı

19 Aprel 2019 12:07
0 Şərh     Baxış: 1 359
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azəri-Çıraq-Günəşli" yataqlar blokunun operatoru BP şirkəti profilaktika işləri ilə əlaqədar "Mərkəzi Azəri" platformasında hasilatı dayandırıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı deyib.

Onun sözlərinə görə, platformanın işi aprelin 15-dən dayandırılıb. Profilaktika işləri iki həftə davam edəcək.

Bundan başqa, məlumat verilib ki, oktyabrın 15-dən "Qərbi Çıraq" platformasınını işini dayandırmaq planlaşdırılır. Burada da profilaktika işləri iki həftə davam edəcək.

Xatırladaq ki, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi üzrə müqavilə 1994-cü ildə imzalanıb. 2017-ci ilin sentyabrında müqavilənin müddəti 2050-ci ilədək artırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.