İqtisadiyyat

Azərbaycan qaz ixracını artırıb

16 Aprel 2019 18:24
0 Şərh     Baxış: 320

2019-cu ilin I rübündə ölkə üzrə qaz hasilatı 25,1% artıb.

Milli.Az-a SOCAR-dan verilən məlumata görə, rüb ərzində ölkədə 9 mlrd. kub.m-dən çox təbii qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,1% artım deməkdir.

Hesabat dövründə neft hasilatının stabil qaldığı bildirilir.

Məlumata görə, təbii qaz ixracının dinamikasında rüb ərzində 27%, neft və neft-kimya məhsullarının ixracında isə 10,5% artım qeydə alınıb. Eləcə də ölkə üzrə qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,1% artaraq, 9,11 mlrd kub.m, neft hasilatı 0,15% artaraq, 9,72 mln ton, təşkil edib. SOCAR üzrə 1,853 mln ton neft, 1,564 mlrd kub.m qaz hasil olunub.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.