İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bankı birinci rübün nəticələrini elan etdi

15 Aprel 2019 14:37
Baxış: 978
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Beynəlxalq Bankı 2019-cu ilin 1-ci rübü üzrə maliyyə nəticələrini açıqlayıb. 31 mart 2019-cu il tarixinə bankın aktivləri 8,5 milyard manata çatıb. Bankın kapital mövqeyi rüb ərzində də möhkəmlənib.

Hesabat dövründə bankın kredit portfeli 1,9 milyard manat olub. Bank tərəfindən hüquqi və fiziki şəxslərə 200 milyon manatadək kredit və qarantiyalar verilib.

Fəaliyyətin səmərəliliyinin və effektivliyinin artırılması istiqamətində görülən tədbirlər bankın ilin birinci rübü üzrə də mənfəətliliyinə də müsbət təsir göstərib. Azərbaycan Beynəlxalq Bankı 2019-cu ilin birinci rübündə 130,3 milyon manat xalis mənfəət qazanıb. Bankın sırf əməliyyat fəaliyyətindən əldə etdiyi mənfəət 85,1 milyon manatdır.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.