İqtisadiyyat

Qazaxıstan və Azərbaycan turizm sahəsində əməkdaşlığı genişləndirir

14 Aprel 2019 16:13
0 Şərh     Baxış: 760
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 15-də Almatıdakı "Kazjol" otelində II Qazaxıstan-Azərbaycan turizm forumu keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, tədbir Azərbaycanın Qazaxıstandakı səfirliyi və "Milli şirkət "Kazakh Tourism" Səhmdar Cəmiyyətinin dəstəyi ilə keçirilir.

Forum çərçivəsində Qazaxıstan və Azərbaycanın turizm sahəsində əməkdaşlıq perspektivlərinin müzakirəsi, iki ölkənin turizm imkanlarının təqdimatının keçirilməsi planlaşdırılır.

Forumda həmçinin iki ölkənin biznes dairələrinin qeyri-formal "B2B" formatında danışıqları nəzərdə tutulub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.