İqtisadiyyat

"Zenith Energy" Azərbaycana investisiyalarını artıracaq

14 Aprel 2019 13:15
Baxış: 1 039
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın "Muradxanlı-Cəfərli-Zərdab" yataqlar blokunun işlənilməsi üzrə operator olan Kanadanın "Zenith Energy" şirkəti Kanadada aksiyaların buraxılışı üzrə TSX-V fond birjasının şərti razılığını alıb.

Milli.Az bildirir ki, bu barədə Trend şirkətin məlumatına istinadən xəbər verir.

"Zenith Energy" təsdiq edib ki, sadə aksiyalar 2019-cu il aprelin 5-də lazımi sənədlər verildikdən sonra buraxılıb.

Şirkətin məlumatına əsasən, "Zenith Energy" TSX-V-dən yekun təsdiqi gözləyir.

Bildirildiyi kimi, "Zenith Energy" bu vəsaitləri Azərbaycanda qazma işlərinə yatırmaq üçün cəlb edir.

Qeyd edək ki, SOCAR və Kanada şirkəti arasında "Muradxanlı", "Cəfərli" və "Zərdab" neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 2016-cı il martın 16-da imzalanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.