İqtisadiyyat

"Şüvəlan" təchizat-yedək gəmisi əsaslı təmir olunub - FOTO

13 Aprel 2019 08:53
0 Şərh     Baxış: 461

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus "Şüvəlan" təchizat-yedək gəmisi əsaslı təmir olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Bibiheybət" Gəmi Təmiri Zavodunda aparılan işlər vaxtında və yüksək keyfiyyətlə başa çatdırılıb.

Proses zamanı gəminin baş və köməkçi mühərriklərində cari təmir işləri aparılıb, yağ seperatoru, su-yağ soyuducuları, boru sistemləri, dayanacaq mühərriklərinin generatorları, mexanizm və elektrik avadanlıqlarının elektrik idarəetmə və qorunma sistemləri təmir olunub, xilasedici qayığın kran-balkasının sınaq işləri həyata keçirilib.

Həmçinin gəmi heyətinin yaşayış şəraitini yaxşılaşdırmaq üçün yeməkxana, sanitar qovşaqlar, istirahət otağı və kayutlarlarda lazımi işlər görülüb.

Tərsanə təmiri zamanı isə gəminin hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğuları təmir edilib. Gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib, gövdənin qorunması üçün cizgi əsasında yeni metal qoruyucu tirlər quraşdırılıb və gəmi üzrə rəngləmə işləri yerinə yetirilib.

Təmirdən sonra "Şüvəlan" dəniz sınağına çıxarılıb. Sınaq işləri uğurla tamamlanan gəmi yenidən istismara qaytarılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.