İqtisadiyyat

120 milyard dollar qiymətləndirilən Uber İPO-ya çıxmaq barədə xəbər verib

13 Aprel 2019 07:01
0 Şərh     Baxış: 261

"Uber Technologies" şirkəti Nyu-Yorkun fond birjasında öz səhmlərinin ilk qoyuluşunu rəsmən elan edib və rəqibinin "Lyft İnc." şirkəti olduğunu bildirib.

Milli.Az bizplus.az-a istinadən bildirir ki, məlumatda qoyuluş məbləği qismində 1 milyar dollar qeyd edilib. Söhbət, komissiya hesabı üçün lazım olan şərti məbləğdən gedir. Bloomberg-in bildirdiyinə görə, real məbləğ çox ola bilər, hətta o qədər ki. "Uber"i bu ilki ən böyük İPO-nun namizədinə çevirə bilər.

Öz bildirişində "Uber" maliyyə göstəricilərini açıqlayıb. 2018-ci ildə onun gəliri 11,3 milyard dollar, xalis mənfəəti isə 997 milyon dollar olub. Bununla belə operativ xərclər 3,03 milyard dollara çatıb.

"Uber"də həmçinin bildirilib ki, gələcəkdə şirkət planlaşdırılmış mənfəət hədəflərinə çatmamaqda risk edir. Bu, dünyanın müxtəlif ölkələrində rəhbər orqanlar tərəfindən gələn təzyiqlə qiymətlərin endirilməsi üçün oynayan rəqiblərin hərəkəti ilə izah olunur. Bununla belə "Uber"də belə vurğulayırlar ki, bu problemlərə baxmayaraq, şirkət bütün bazar üzrə ən böyük oyunçu hesab olunur,onun xidmətlərindən isə 90 milyondan çox insan istifadə edir.

Oktyabr ayında The Wall Street Journal bildirib ki, maliyyə holdinqləri olan "Goldman Sachs" və "Morgan Stanley" "Uber"in qiymətləndirilməsini səhmlər qoyuluşunda icimaiyyətə bildirib.

Mart ayında İPO-ya "Uber"in əsas rəqibi olan "Lyft İnc." şirkəti qoşulub. Qoyuluş məbləği 2,34 milyard dollar olub və bunun sayəsində o, bu ilin ən böyüyünə çevrilib. Başlanğıcda səhmlər 72 dollar olub, sonra qiyməti qalxıb, lakin sonra 61 dollara qədər ucuzlaşıb. Şirkətin bazar qiyməti sonda 17,4 milyard dollara qədər enib.

Mili.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.