İqtisadiyyat

Baş nazir: "Gürcüstan BTC ilə enerji ehtiyatları tədarükünün artırılması imkanlarını nəzərdən keçirməyə hazırdır"

10 Aprel 2019 21:03
Baxış: 897
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə enerji ehtiyatları tədarükünün artırılması imkanlarını nəzərdən keçirməyə hazırdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Gürcüstanın Baş naziri Mamuka Baxtadze Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasında azərbaycanlı deputat Qənirə Paşayevanın sualına cavab verərkən deyib.

O bildirib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır:

"Birlikdə biz tarixi layihələr reallaşdırırıq. OnlardaN bəzilərini xatırladım: Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, "Cənub Qaz Dəhlizi". Biz hesab edirik ki, Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verə bilərik. Avropalı həmkarlarımızla bu sahədə dialoqlar aparırıq. Məsələn, Bakı-Tbilisi-Ceyhan kəmərinin gücü var və əlbəttə ki, biz Azərbaycanla birgə bu dəhlizlə enerji ehtiyatları tədarükünün artırılması imkanlarını nəzərdən keçirə bilərik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.