İqtisadiyyat

Azərbaycanda unun qiyməti ucuzlaşdı

10 Aprel 2019 19:12
2 Şərh     Baxış: 2 479
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda unun topdansatış qiyməti aşağı salınıb.

Milli.Az bildirir ki, bu barədə ONA-ya "Karat Holdinq" MMC-nin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunur ki, idxal buğdasının alış qiymətində son günlərdə baş vermiş enmələr istehsal olunan unun maya dəyərinin aşağı düşməsinə imkan yaradıb. Ona görə də əsas tələbat məhsullarından olan un istehsalı və satışını həyata keçirən "Karat Holdinq" indiyədək topdansatış qiyməti 25,95 manat olan 1 kisə 50 kq-lıq "Karmen" ununun topdansatış qiymətini bu gündən 25,45 manat müəyyənləşdirib.

"Karat Holdinq" MMC-dən bildirilib ki, məhsulun topdansatış qiymətində baş vermiş ucuzlaşma tezliklə həmin məhsulların pərakəndə satış qiymətinin də ucuzlaşmasına səbəb olacaq. Şirkət bundan sonra da istehlakçılara yüksək keyfiyyətli və sərfəli qiymətlərlə mal təqdim olunması istiqamətində səylərini davam etdirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.