İqtisadiyyat

Azərbaycan neftinin son qiyməti

23 Mart 2019 23:41
0 Şərh     Baxış: 1 158
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 22-də 67,58 dollar/barel təşkil edib ki, bu da cümə axşamına olan göstəricidən 1,85 dollar/barel azdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 67,09 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,84 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 65,92 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 1,91 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti martın 22-də 66,31 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 1,8 dollar/barel azdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.