İqtisadiyyat

Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır

23 Mart 2019 15:24
0 Şərh     Baxış: 1 209
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın "ИрАэро" aviaşirkəti Azərbaycandan uçuşların coğrafiyasını genişləndirir.

Milli.Az bildirir ki, aviaşirkətdən Trend-ə verilən məlumata görə, artıq Bakıdan Orenburq, Yekaterinburq və Çelyabinsk şəhərlərinə müntəzəm reyslər olacaq.

Uçuşlar Rusiya istehsalı olan "Superjet 100" təyyarələri ilə həyata keçiriləcək.

Bakı-Orenburq və Orenburq-Bakı aviareysi aprelin 20-dən başlayacaq. Uçuş iki saat davam edəcək və şənbə günləri həyata keçiriləcək. Biletin qiyməti bir istiqamət üçün 123 avrodan (9 min rubl) başlayacaq.

İyunun 18-dən etibarən hər həftənin çərşənbə axşamı Bakı-Yekaterinburq və Yekaterinburq-Bakı reysləri baş tutacaq. 3 saat davam edəcək uçuş üçün biletin qiyməti bir istiqamətə 143 avrodan (10,5 min rubl) başlayır.

Bakı-Çelyabinsk və Çelyabinsk-Bakı reysləri aprelin 9-dan çərşənbə axşamları, iyunun 20-dən isə cümə axşamı günləri baş tutacaq. Yol üç saat davam edəcək, bir istiqamətə biletin qiyməti 136 avrodan (10 min rubl) başlayır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.