İqtisadiyyat

Əhalinin banklardakı pulları 8 milyard manatı keçib

20 Mart 2019 10:35
0 Şərh     Baxış: 1 147
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu il fevral ayının 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz artaraq 8 milyard 075,9 milyon manat təşkil edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, əmanətlərin 62,5 faizi xarici, 37,5 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 19,7 faiz, xarici valyutada əmanətlər isə 1,6 faiz artıb.

2019-cu il fevral ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli isə milli valyuta ekvivalentində 12 milyard 884,7 milyon manat təşkil edib, onun 10 milyard 302,4 milyon manatı uzunmüddətli kreditlər olub. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 12,2 faizini təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.