İqtisadiyyat

Bakı toplantısının əks-sədası: Neft bahalaşır

19 Mart 2019 19:31
0 Şərh     Baxış: 933
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Neftin qiyməti bir gün ərzində 1.2 dollar artıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Bakıda keçirilən OPEK və qeyri-OPEK ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclasının yekunlarını şərh edən Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib.

Ekspert hazırda dünya bazarlarında neft qiymətlərinin bahalaşmasının səbəbini belə izah edib:

"Bunun səbəbi Səudiyyə Ərəbistanının Energetika, Sənaye və Təbii Sərvətlər naziri Xalid Əbdüləziz Əl Falihin görüşdə verdiyi bəyanatdır. Səudiyyə naziri OPEK+ çərçivəsində fevralda öhdəliklərin 90% həyata keçirildiyini və bu göstəricinin 100%-dək yüksələcəyini deyib. Görüşün yekunu artıq bazarlara öz təsirini göstərib. Belə ki, neftin qiyməti gün ərzində 1,2 dollar artıb".

İ.Şaban deyib ki, OPEK və qeyri-OPEK ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 14-cü iclası mayda Səudiyyə Ərəbistanın Ciddə şəhərində keçiriləcək:

"OPEK-in iclasının isə iyunun 25-də keçirilməsi qərara alınıb".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.