İqtisadiyyat

Bank kreditlərinin faiz dərəcələri ilə bağlı MÜHÜM DƏYİŞİKLİK

19 Mart 2019 12:57
0 Şərh     Baxış: 4 165
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bankların müştərilərinə verdiyi kreditlər üçün faiz dərəcələri və komisyon haqların yuxarı həddi dövlət orqanı tərəfindən müəyyən ediləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı "Banklar haqqında" qanuna dəyişikliklər edilir.

Qanuna təklif edilən əlavəyə görə, bankların müştərilərlə bağladığı kredit müqavilələri üzrə faiz dərəcələrinin, komisyon haqların və göstərilən bank xidmətləri üçün digər ödənişlərin yuxarı həddi maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.

Yeni dəyişikliklər müştərilərin maraqlarının qorunması məqsədilə kredit müqavilələri üzrə faiz dərəcələrinin, komisyon haqların və bank xidmətləri üçün digər ödənişlərin optimallaşdırılması məqsədilə onların yuxarı həddinin tənzimlənməsini nəzərdə tutur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.