İqtisadiyyat

Xalid Əl Falih: "OPEK+ razılaşmasının icrası mart ayında 100 faizi keçəcək"

18 Mart 2019 08:19
0 Şərh     Baxış: 882
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

OPEK+ razılaşmasının icrası mart ayında 100 faizi keçəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Bakıda keçirilən OPEK+ iclasının yekunları üzrə mətbuat konfransında Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əbdüləziz Əl Falih deyib.

Nazir bildirib: "Bizim əməkdaşlıq könüllü xarakter daşıyır. Hər bir iştirakçı milli maraqlarını nəzərə alaraq neft hasilatı barədə qərar qəbul edir. Biz bir-birimizin hasilatının ölçmürük".

Nazir qeyd edib ki, bu razılaşmada əsas prinsip etibardır. Əl Falih gözləyir ki, martda OPEK+ razılaşmasının icrası 100 faizi keçəcək: "Altı ayın yekunlarına dair sazişin yerinə yetirilməsi 100 faizdən çox olmalıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.