İqtisadiyyat

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında yeni əməkdaşlıq əlaqələri müzakirə edildi - FOTO

17 Mart 2019 15:57
Baxış: 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda "OPEC plus" ölkələri Nazirlərinin birgə Monitorinq Komitəsinin 13-cü iclası çərçivəsində energetika naziri Pərviz Şahbazovla Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falihin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, energetika naziri "OPEC plus" ölkələrinin iclasında iştirak etdiyinə görə Xalid Əbdüləziz Əl Falihə təşəkkürünü bildirdi. Nazir bu əməkdaşlıq formatını neft qiymətlərinin sabitləşməsi və bazarda balansın qorunmasında səmərəli və çevik mexanizm kimi qiymətləndirdi. Neft sənayesində bir çox ilklərin məkanı kimi Azərbaycanın neft bazarının tənzimlənməsi prosesində iştirakından və "OPEC plus" ölkələrinin tədbirinə ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib. Pərviz Şahbazov eyni zamanda "Əməkdaşlıq Bəyannaməsi" çərçivəsində Səudiyyə Ərəbistanın səylərini və ümumi məqsəd naminə fəaliyyətini yüksək qiymətləndirib.

Xalid Əbdüləziz Əl Falih Prezident İlham Əliyevin "OPEC plus" formatının yaradılmasında liderlik rolunu və Azərbaycanın fəal iştirakını, neft bazarının tənzimlənmə prosesinə töhfəsini xüsusi qeyd edib. İlin sonuna kimi bazarda tələb- təklif tarazlığının gözlənilməsi və qiymətlərdə volatilliyin aradan qaldırılması üçün "OPEC plus" iştirakçılarının öhdəliklərini yerinə yetirmələrinin vacibliyini vurğulayıb.

Görüşdə 2019-cu ildə neftə qlobal tələbat və OPEC ölkələrində gözlənilən hasilat, fevral ayı üzrə öhdəliklərin icra vəziyyəti, eləcə də qlobal iqtisadiyyatın inkişaf dinamikası ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı həmçinin iki ölkə arasında enerji sahəsində yeni əməkdaşlıq əlaqələri, "Saudi Aramco" şirkətinin fəaliyyəti və digər məsələlər də müzakirə edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.