İqtisadiyyat

FED-in qərarı manatın məzənnəsinə birbaşa təsir edəcəkmi? - İqtisadçı açıqlayır

17 Mart 2019 16:48
0 Şərh     Baxış: 1 669

Gələn həftə - martın 19-20-də ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) Açıq Bazar Əməliyyatları Komitəsinin növbəti iclası keçiriləcək.

Analitiklər hesab edir ki, FED-in bu iclasda uçot dərəcəsini qaldırması istisna hal deyil.

Milli.Az xəbər verir ki, məsələ haqqında Modern.az-a danışan iqtisadçı Vüqar Bayramov bildirib ki, uçot dərəcəsinin artırılması ilə bağlı ABŞ-ın yenə ikili yanaşması var:

"Ağ Ev uçot dərəcəsinin artırılmasında maraqlı deyil. Hətta Amerika prezidenti özünün "Twitter" paylaşımlarında uçot dərəsəinin artırılması ilə bağlı FED-i ittiham edir. Dolların bahalaşması ABŞ-ın ixrac imkanlarına neqativ təsir etdiyinə görə, ölkə rəhbərliyi bunu istəmir. FED-in mövqeyi isə uçot dərəcəsinin artırılmasından yanadır. Əgər bununla bağlı qərar verilərsə, uçot dərəcəsində 0,25 faiz artı mümkündür. Məqsəd odur ki, bu addım atılarsa, bazarda şok yaranmasın. Yenə də FED-in qərarları son məqamda - yığıncağın keçirildiyi gün belə dəyişə bilir.

Bütün hallarda, FED-in qərarı nə olur-olsun, ABŞ dollarının bazardakı mövqeyini qoruyacağı güman olunur".

V. Bayramov uçot dərəcəsinin artırılmasının manata təsirlərindən də danışıb:

"FED uçot dərəcəsinin artırılması haqqında qərar qəbul etdikdə, adətən manata təzyiq artır. Amma nəzərə almalıyıq ki, manatın məzənnəsi Mərkəzi Bankın mövqeyindən asılıdır. Ona görə, FED-in qərarı manatın məzənnəsinə birbaşa təsir etməyəcək".

Qeyd edək ki, FED-in bu il yanvarın 29-30-da baş tutmuş son iclasında uçot dərəcəsinin 2,25 - 2,5 faiz səviyyəsində saxlanılmasına qərar verilmişdi.

Bununla belə, qurum bəyan edib ki, vəziyyətdən asılı olaraq ilin sonuna qədər faizlərdə artım ola bilər.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.