İqtisadiyyat

İranlı nazir: Kriptovalyuta haqda ilkin qərar təsdiqlənib

16 Mart 2019 21:13
Baxış: 703

İran hökumətinin iqtisad komissiyası kriptovalyutadan istifadə haqda ilk qərarları təsdiq edib.

Milli.Az bildirir ki, bunu Trend-ə  İranın iqtisadi işlər və maliyyə naziri, Dövlət Komissiyasının həmsədri Fərhad Dejpəsənd deyib.

F.Dejpəsəndin sözlərinə görə, İranda kriptovalyuta sahəsində uğurlu addımlar atılıb.

Nazir əlavə edib ki, bu valyutaların sistemləşdirilməsi, İran və dünya bazarında satışa çıxarılması ilə əlaqədar bir sıra qərarlar verilməlidir: "Artıq hazırlıq işləri görülüb və hökumətdə təsdiqləndikdən sonra icra olunacaq".

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.