İqtisadiyyat

Bakıda avtomobillərin qiyməti kəskin bahalaşıb

14 Mart 2019 23:46
0 Şərh     Baxış: 4 325
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının avtomobil bazarında orta qiymət 13,27% bahalaşıb və 48,12 min manat təşkil edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimovun sözlərinə görə, bu ilin fevral ayında paytaxtın avtomobil bazarında 1,738 min avtomobil satışa çıxarılıb.

"Yanvar ayı ilə müqayisədə, avtomobil bazarında təkliflər portfeli 1,94% artıb. Satışa çıxarılan avtomobillərin böyük hissəsi, yəni 78,83%-i benzin mühərrikli avtomobillər olub. Dizel mühərrikli avtomobillər portfelin 21,17%-ni təşkil edib. Avtomat sürət qutusu ilə olan avtomobillərin payı 72,32%, mexaniki sürət qutusu olan avtomobillərin payı isə 27,68% təşkil edib", - deyə N.İbrahimov bildirib.

Onun sözlərinə görə, fevral ayında bazardakı avtomobillərin orta yürüş göstəricisi təxminən 145,839 min kilometr (azalma 3,17%) olub. Avtomobillərin orta yaşı 10 il olub ki, bu da cari ilin yanvar ayının göstəricisi ilə müqayisədə, 0,02% çoxdur.

Ekspert əlavə edib ki, bazarda təklif olunan avtomobillərin orta illik köhnəlmə dərəcəsi 7,11% təşkil edib:

"Eyni zamanda, yaşı beş ilədək olan avtomobillərdə bu göstərici 6,08%, beş ildən 10 ilədək olan avtomobillərdə 3,85%, 10 ildən 15 ilədək olan avtomobillərdə 2,82%, 15 ildən 20 ilədək olan avtomobillərdə 1,43%, 20 ildən 25 ilədək olan avtomobillərdə isə 0,74% təşkil edib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.