İqtisadiyyat

Azərbaycanla Bolqarıstan birgə zirehli jiletlər istehsal edə bilər

14 Mart 2019 16:58
Baxış: 823
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanla Bolqarıstan birgə zirehli jiletlər istehsal edə bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Bolqarıstanın baş naziri Boyko Borisov jurnalistlərə açıqlamasında deyib.

Baş nazir bildirib ki, hazırda zirehli jiletlərin istehsalı ilə bağlı birgə müəssisənin yaradılması istiqamətində Azərbaycanla Bolqarıstan şirkətləri arasında danışıqlar aparılır.

B.Borisov qeyd edib ki, Azərbaycanla Bolqarıstan bir çox sahələrdə, o cümlədən turizm, mədəniyyət və digər sahələrdə səmərəli əməkdaşlıq edir:

"Düşünürəm ki, bu əməkdaşlıq daha da inkişaf etdiriləcək. Qlobal Bakı Forumu ölkələr arasında əməkdaşlığın inkişafına mühüm töhfə verir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.