İqtisadiyyat

""SOCAR karbamid" zavodunun tikintisi Azərbaycanda gübrə idxalını azaldacaq" - Direktor

14 Mart 2019 13:15
Baxış: 495

"SOCAR karbamid" zavodunun tikintisi Azərbaycanda karbamid gübrə idxalını minimuma endirməyə imkan verəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu zavodun direktoru Xəyal Cəfərov "Argus Mineral gübrələr 2019. Xəzər-Qara dəniz regionunda istehsalat və logistika" beynəlxalq konfransında deyib.

Zavod rəhbəri qeyd edib ki, dünyada istehsal olunan karbamidin 90 faizi kənd təsərrüfatında istifadə olunur, bu, Azərbaycanda da belə olacaq.

Onun sözlərinə görə, XX əsrin ortalarından başlayaraq Azərbaycan, keçmiş SSRİ məkanında xüsusən də gübrə istehsalı sahəsində əsas kimya sənayeçilərindən birinə çevrilib.

X.Cəfərov deyib: "SSRİ dağılandan sonra istehsal dayanıb. Lakin Azərbaycanda kənd təsərrüfatı ənənələri olduğunu nəzərə alaraq hökumət karbamid zavodunun tikintisi barədə qərar qəbul edib".

Zavod direktoru qeyd edib ki, müəssisə iki dövlət proqramı çərçivəsində inşa olunub - birinci proqram Azərbaycanın ərzaq təhlükəsizliyi, digər proqram isə sənayenin inkişafı ilə bağlıdır.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.