İqtisadiyyat

Azərbaycan Qazaxıstanla qazma qurğusunu modernləşdirəcək - İşə nə vaxt başlanılacaq?

14 Mart 2019 09:26
0 Şərh     Baxış: 796
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir müddət əvvəl "Caspian Drilling Company" (CDC) şirkətinin təhvil verilmiş "Satti" qaldırıcı üzən qazma qurğusunun modernləşdirilməsi bu ilin martında başlayacaq.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

Mənbə bildirib ki, hazırlıq işləri artıq başlayıb, modernləşdirmə işləri martın sonlarında başlayacaq.

Onun sözlərinə görə, qazma qurğusunun modernləşdirmə prosesi altı aya yaxın davam edəcək.

"Satti" qazma qurğusunun CDC-nin öhdəliyində qalması müddətlərindən danışan agentliyin müsahibi qeyd edib ki, bu müddət hələlik müəyyən edilməyib və layihələrin davamlılığından asılı olacaq.

Xatırladaq ki, Azərbaycanın "Caspian Drilling Company" və Qazaxıstanın "KMG Drilling & Service" şirkətləri "Satti" qaldırıcı üzən qazma qurğusunun öhdəliyə verilməsi barədə müqavilə imzalayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.