İqtisadiyyat

Gürcüstan Azərbaycan qazının idxalını artıracaq

13 Mart 2019 08:42
0 Şərh     Baxış: 426

Gürcüstan qaz bazarının ən mühüm iki strateji seqmenti - əhali və elektrik enerjisinin istehsalı, tam olaraq Azərbaycan qazı ilə təmin olunur və olunacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Natiya Turnava bildirib.

Nazir müavini deyib: "Azərbaycan Gürcüstanın əsas təchizatçısı və strateji tərəfdaşı olaraq qalır, və yaxın illərdə Gürcüstan bazarında Azərbaycan qazının payı artacaq".

Turnavanın sözlərinə görə, "Şahdəniz" yatağının ikinci fazasının tam olaraq işə salınmasından sonra, Gürcüstan Azərbaycan qazı üçün tranzit ölkə kimi tamamilə öz resurslarını əldə edəcək: "Bu resurslar sosial cəhətdən həssas əhali təbəqələrinin qazla təchiz edilməsi və elektroenergetika üçün istifadə olunacaq".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.