İqtisadiyyat

Azərbaycanda “Peugeot”un yeni modeli istehsal ediləcək

9 Mart 2019 15:14
0 Şərh     Baxış: 1 654
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Neftçala Avtomobil Zavodunda "Peugeot" markalı avtomobilin daha bir modelinin istehsalı planlaşdırılır. 

Milli.Az xəbər verir ki, bunu report-a açıqlamasında "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.

Onun sözlərinə görə, yeni avtomobilin istehsalı 2019-cu ilin ortaları üçün nəzərdə tutulub: "Təxminən, üç ay sonra "Peugeot 207" modelinin istehsalına başlamağı düşünürük. Bu avtomobillər avtomat ötürücü qutusu ilə təchiz olunacaq və qiyməti, təxminən, 17 500 manat civarında olacaq".

"Azərmaş" rəsmisi bildirib ki, yeni avtomobilin digər özəlliyi onun "Peugeot" adı ilə satışa çıxarılmasındadır: "Hazırda istehsal edilən "Peugeot 406" avtomobili həm "Peugeot", həm də "Hazar" adı istifadə edilir. Amma bu modeldə yalnız "Peugeot" adından istifadə ediləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.