İqtisadiyyat

Bakıda işsiz statusu verilmiş şəxslərin sayı açıqlandı

16 Fevral 2019 22:24
3 Şərh     Baxış: 1 144
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2018-ci il ərzində Bakıdakı məşğulluq xidməti orqanlarının işsiz statusu verdiyi şəxslərin və işsizlikdən sığorta ödənişi alanların sayı açıqlanıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, ötən il paytaxtda 9 243 nəfərə işsiz statusu verilib ki, bunun da 3 703 nəfərini qadınlar təşkil edib.

İl ərzində 599 nəfərə işsizlik müavinəti ödənilib ki, bunun da orta məbləği 198,7 manat olub.

Ötən ilin sonuna Bakıda işçi qüvvəsinə olan tələbat 2 191 nəfər təşkil edib ki, bunun da 1 932 nəfəri fəhlələr olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.