İqtisadiyyat

"Total"ın Azərbaycanda bərpa olunan enerji sahəsində iştirakı qaz layihələrinə təsir edəcəkmi?

14 Fevral 2019 12:02
0 Şərh     Baxış: 430

Fransanın "Total" şirkəti ilə bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq şirkətin Azərbaycanda qaz layihələrinin reallaşdırılmasına təsir göstərməyəcək.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycanın neft-qaz bazarındakı mənbə bir müddət əvvəl Energetika Nazirliyi və Fransanın "Total Eren" şirkəti arasında Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişaf etdirilməsi məqsədilə imzalanmış anlaşma memorandumunu şərh edərkən deyib.

Bildirilib ki, sənəddə layihənin bir sıra perspektivləri müəyyən edilib: "Biz onlardan bir neçəsinə texniki qiymət vermişik və bu layihələri həyata keçirməyə hazırıq. Anlaşma memorandumu bu konkret layihələr üzərində işə başlamazdan əvvəl atılan ilk addımdır".

Agentliyin müsahibinin sözlərinə görə, "Total" Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə üçün, xüsusən də külək parklarının yaradılması istiqamətində yaxşı potensial olduğunu hesab edir:

"Bu layihələr qaz layihələri ilə rəqabət aparmayacaq. "Total"ın ümumi strategiyası Beynəlxalq Energetika Agentliyinin qaz və bərpa olunan enerji mənbələrinin hasilatının və tələbatın artmasını nəzərdə tutan "2 Degress" ssenarisinə uyğundur. Azərbaycanda və digər ölkələrdə qaz sektorunun və bərpa olunan enerji sahəsinin inkişafı mümkündür".

Qeyd edək ki, "Total" neft, qaz və aşağı karbonlu enerji istehsalçısı və tədarükçüsüdür. Şirkət 130-dən çox ölkədə, o cümlədən 1996-cı ildən Azərbaycanda fəaliyyət göstərir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.