İqtisadiyyat

Azərbaycan "Prodekspo-2019" sərgisində bu yerli məhsulları təqdim edəcək

11 Fevral 2019 11:34
0 Şərh     Baxış: 323

Azərbaycan "Prodekspo-2019" sərgisində milli məhsulların geniş spektrini təqdim edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu il yenə də sərginin baş sponsoru olan Azərbaycan "Made in Azerbaijan" stendi ilə təmsil olunacaq.

Kollektiv ekspozisiya təzə kənd təsərrüfatı məhsulları, konservlər, təbii mineral sular, müxtəlif alkoqollu və alkoqolsuz içkilər, çay, qoz, fındıq, quru meyvələr, qənnadı malları və s. təklif edən 31 şirkəti birləşdirəcək.

Bu il Azərbaycan ziyarətçiləri iki stendlə sevindirəcək. Onlardan biri "Spirtli içkilər. Şərab. Pivə" salonundakı milli stenddir. Burada sərgi iştirakçıları Azərbaycanın qədim şərabçılıq ənənələri ilə tanış ola biləcəklər.

Bu gün işə başlayacaq sərgi fevralın 15-dək davam edəcək.

Qeyd edək ki, "Prodekspo" Rusiya və Şərqi Avropada hər il keçirilən iri ərzaq məhsulları sərgisidir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.