İqtisadiyyat

Minimum əməkhaqqının artırılması sosial rifahı yüksəldəcək

9 Fevral 2019 23:36
Baxış: 1 696

Azərbaycanda minimum əməkhaqqının 50 manat artması əhalinin rifah halının yüksəlməsinə, xüsusilə aztəminatlı və imtiyazlı təbəqələrin sosial durumunun yaxşılaşdırılmasına kömək edəcək. Bu artım 600 min nəfəri əhata edəcək. Bu barədə iqtisadi islahatların təhlili və kommunikasiya mərkəzinin icraçı direktoru Vüsal Qasımlı məlumat verib. Bu artım bir daha onu göstərir ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində insan amili dayanır və bütün səylər vətəndaşların rifah halının yüksəldilməsi üçündür.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Azərbaycanda minimum əməkhaqqının artırılması xüsusilə az gəlirli ailələrin rifahının yaxşılaşmasına səbəb olacaq. Martın 1-dən etibarən tibb, təhsil və digər sahələrdə ən aşağı əməkhaqqı 180 manat təşkil edəcək. Hazırda bu məbləğ 130 manatdır.

İqtisadi İslahatlarının Təhlili və Kommunikasiyası Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı artımı şərh edərkən bildirib ki, bunun üçün dövlət büdcəsindən bu il ərzində 335 milyon manat, gələn il isə 400 milyon manat əlavə vəsait xərclənəcək.

Bu artım Azərbaycan əhalisinin böyük hissəsini əhatə edəcək və bununla aztəminatlı ailələrlə normal gəlirli ailələr arasındakı fərq azalacaq. Üstəlik, ölkədə əsasən aşağı maaşlı işlərdə qadınlar çalışdığından bu artımla qadın və kişilərin gəlirləri arasındakı fərq də azalmış olacaq. Eyni zamanda, bu dəyişiklik özəl sektora da təsir edəcək.

Bu artımlar bir daha onu göstərir ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində insan amili və vətəndaşların sosial rifahının yaxşılaşdırılması dayanır. Ölkə iqtisadiyyatı artdıqca sosial ayırmalara ayrılan xərclər də ona adekvat şəkildə artırılır. Bu, təkcə infrastrukturun qurulması, yeni iş yerlərinin yaradılmasında deyil, həm də birbaşa ayırmalarda da özünü biruzə verir.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycan iqtisadiyyatı 1,4 % artdığı halda, 2019-cu ildə bu artımın 3 %-dən çox olacağı proqnozlaşdırılır.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.