İqtisadiyyat

Avtomat ötürücülü “Khazar” satışa çıxarılır - QİYMƏT

9 Fevral 2019 19:59
3 Şərh     Baxış: 2 217
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avtomat ötürücülü "Khazar" avtomobilləri fevralın sonunda satışa çıxarılacaq.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "Azərmaş" İdarə Heyətinin sədri Emin Axundovun sözlərinə görə, bu avtomobillərin qiyməti 17 min manatdan başlayacaq.

Zavodun direktoru bildirib ki, artıq avtomat ötürücülü avtomobillərin ilk partiyası istehsal olunub:

"Hazırda avtomobillər sınaq müddətindədir. 10 gün sonra həmin avtomobilləri satışda görəcəksiniz".

O qeyd edib ki, bu il üç min ədəd "Khazar" avtomobilinin istehsalı nəzərdə tutulub:

"Ümumilikdə bizim zavodda istehsal olunan avtomobillərin qiymətləri 13 min 500 manatdan 21 min manatadək dəyişir. Hazırda ölkədə bu qiymətə yeni avtomobil yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.