İqtisadiyyat

Gürcüstandan Azərbaycana kənd təsərrüfatı məhsullarının ixracı 120% artıb

9 Fevral 2019 19:47
1 Şərh     Baxış: 1 090
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2018-ci ildə Azərbaycan Gürcüstanın kənd təsərrüfatı məhsullarının ixracı üçün əsas bazarlardan biri olub.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

İllik müqayisədə ötən il Gürcüstandan Azərbaycana kənd təsərrüfatı məhsullarının ixrac həcmində 120% artım qeydə alınıb.

2018-ci ildə qonşu ölkədə aqrar məhsulların ixracı baxımından yeni rekord qeydə alınıb. Hesabat dövründə Gürcüstan 959,2 mln. dollar dəyərində kənd təsərrüfatı məhsulları ixrac edib. Bu göstərici illik müqayisədə 23,2% çoxdur.

Ötən il Gürcüstandan ən çox ixrac olunan kənd təsərrüfatı məhsullarının ilk beşliyinə şərab, qoyun və keçi əti, alkoqolsuz qazlaşdırılmış içkilər, mineral və içməli sular və spirtli içkilər daxil olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.