İqtisadiyyat

Azərbaycan Türkiyəyə soğan satacaq

24 Yanvar 2019 13:48
Baxış: 973
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi tərəfindən digər ölkələrdən soğan idxalının məhdudlaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə soğan məhsulunun "Zərərli Risk analizi"nin aparılması istiqamətində məlumat daxil olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycanda becərilən soğanın risk təhlili aparılıb və nəticələr Türkiyəyə göndərilib. Risk təhlilindən sonra, uyğun şərtlər daxilində, Azərbaycandan Türkiyəyə soğanın idxalına icazə verilib. Belə ki, ölkəmizdən Türkiyəyə ixrac olunan soğan Azərbaycan mənşəli olmalı, kartof gövdə nematodu, gövdə nematodu və soğanın ağ çürüməsi zərərli orqanizmlərinə sirayətlənməməlidir.

Bununla əlaqədar, Qida Təhlükəsizliyi Agentliyi sahibkarların nəzərinə çatdırır ki, Türkiyəyə soğan ixrac edərkən bu tələbəri nəzərə alsınlar. İxrac etmək istədikləri soğanın mənşəyinə və fitosanitar təhlükəsizliyinə diqqət yetirsinlər. Əks halda qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.