İqtisadiyyat

"Alibaba"nın rəhbəri sentyabrda vəzifəsindən ayrılacaq

24 Yanvar 2019 11:41
0 Şərh     Baxış: 1 052
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Elektron ticarət nəhəngi "Alibaba"nın qurucusu və rəhbəri Cek Ma 2019-cu ilin sentyabr ayında şirkətdən ayrılmaq planlarını təsdiqləyib.

Milli.Az report-a istinadən bildirir ki, o, bu baradə İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində jurnalistlərə bildirib.

Cek Ma jurnalistlərin sentyabrda "Alibaba"dan ayrılmaq planlarının dəyişib-dəyişməməsinə dair sualına "Qərar qərardır" deyə cavab verib.

Daha əvvəl bu barədə "Alibaba Group"a məxsus olan "South Morning Post" qəzeti yazıb. Cek Ma isə 2018-ci ilin sentyabr ayında həmkarlarına ünvanladığı məktubda yumşaq və uğurlu keçid təmin etmək məqsədi ilə daha bir il vəzifəsində çalışmaq niyyətində olduğunu açıqlayıb.

Bu ayrılıqdan sonra iş adamı "Alibaba"nın idarə heyətində qalacaq və azı 2020-ci ilə qədər şirkətin necə idarə olunduğuna nəzarət edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.