İqtisadiyyat

Çində ÜDM-in artım tempi ABŞ-la ticarət mübahisələri səbəbindən minimuma düşüb - Tramp

22 Yanvar 2019 08:30
0 Şərh     Baxış: 699
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çin iqtisadiyyatının artım tempi 1990-cı ildən bəri ABŞ-la ticarət mübahisələri və yeni siyasət səbəbindən ən aşağı göstəriciyə düşüb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu iddianı Amerika prezidenti Donald Tramp bazar ertəsi "Twitter"də yazıb.

"Çin ABŞ-la ticarət münasibətlərində gərginlik və onun yeni siyasətinə görə 1990-cı ildən bəri ən aşağı iqtisadi göstəricilər nümayiş etdirir. Çin üçün nəhayət real sövdələşməyə nail olmağın və bu oyunlara son qoymağın xeyri var", - deyə Amerika lideri bildirib.

Bazar ertəsi Çinin Dövlət Statistika İdarəsi 2018-ci il ərzində ölkə iqtisadiyyatının göstəricilərini açıqlayıb. Məlumatlara əsasən, ölkədə ÜDM-in artım tempi 6,6 faiz ləngiyib , bu da 1990-cı ildən bu yana ən aşağı göstəricidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.