İqtisadiyyat

Professor: “Kölgə iqtisadiyyatı ilə mübarizə ölkəyə milyardlar qazandıracaq”

19 Yanvar 2019 15:49
Baxış: 942
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanda kölgə iqtisadiyyatı olmamalıdır. Düzdür, elə bir ölkə yoxdur ki, orada kölgə iqtisadiyyatı olmasın. Biz kölgə iqtisadiyyatına qarşı həm inzibati, həm də institusional yollarla, o cümlədən islahat yolu ilə mübarizə aparırıq və aparacağıq". Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Milli.Az bildirir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədovun Sputnik Azərbaycan-a dediyinə görə, kölgə iqtisadiyyatı ilə mübarizədə son aylar ciddi adımlar atılıb.

"Gömrük sistemində görülən işlər kölgə iqtisadiyyatının çəkisinin azalmasına səbəb olub. Biz rəqəmlərdən görürük ki, müsbət dinamika müşahidə edilir. Sosial ödənişlərlə bağlı seqmentin də Vergilər nazirliyi siteminə cəlb edilməsi yığımların optimallaşdırılması və maliyə resurslarının mərkəzləşməsi baxımından daha optimanl bir formatın tapılması haqqında fikir söyləməyə əsas verir. Ölkə iqtisadiyyatında inhisarçılıq edən iri şirkətlərin  fəaliyyətində kölgə iqtisadiyyatına xas olan məqamlar aradan qaldırılmalıdır. Kölgə iqtisadiyyatı ilə mübarizə ölkə iqtisadiyyatına milyardlarla ölçülən əlavə daxilolmalarla nəticələnə bilər".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.