İqtisadiyyat

Unibankdan yeni depozit kampaniyası: +3% hədiyyə

27 Dekabr 2018 16:17
Baxış: 1 137
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İndi Unibankda əmanət hesabı açmaq daha da sərfəli oldu. Bankın yeni kampaniyası çərçivəsində qoyulan depozitlərlərə Unibank əlavə 3% hədiyyə edir.  Yanvarın sonunadək davam edən kampaniya çərçivəsində öz manat vəsaitlərinizi çox yüksək faizlə banka etibar edə bilərsiniz. Unibankın +3% hədiyyə depozit kampaniyası çərçivəsində banka manat depoziti yerləşdirən hər kəsə bankdan illik əlavə 3% hədiyyə ediləcək. Aksiya çərçivəsində "Müddətli" depozitin faiz dərəcəsi müddətin sonuna 13%-ə, "Yığım" depozitinin faiz dərəcəsi ilə illik 11%-ə yüksəlib.

Əgər faizləri depozit hesabı açan gün götürmək istəyirsinizsə, bankın manat valyutasında "Faizlər əvvəlcədən"  adlı əmanət növündən istifadə edə bilərsiniz. Əmanətin illik faiz dərəcəsi 9%-dir.

Unibankda əmanət hesabı açmaqla, hansı üstünlükləri qazanırsınız?

  • Ölkənin stabil inkişaflı və mənfəətli bankının 1 milyondan artıq müştərisindən biri olursunuz;
  • Bazarda çox sərfəli depozit  faizləri əldə edirsiniz (maksimum 13%-dək);
  • Depozitiniz  Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur;
  • Vəsaitiniz daha təhlükəsiz ünvanda saxlanılaraq, sizə illik artım gətirir.

Vəsaitinizi qorumağın və artırmağın ən yaxşı, təhlükəsiz və gəlirli üsulu depozit hesabı açmaqdır. Unibankın depozit kampaniyasında iştirak edərək, özünüzün və övladlarınızın gələcəyini indidən təmin edin!

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun qərarı ilə qorunan əmanətlərin yuxarı həddi 15% təşkil edir və Unibanka yerləşdirilən bütün əmanətlər sığortalanır.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (https://www.unibank.az/az/deposits/index ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) və Unibankın filiallarından əldə etmək olar.

Unibank - hər kəsin bankı!

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.