İqtisadiyyat

Bitkoin 3,8 min dollardan aşağı düşüb

26 Dekabr 2018 08:12
0 Şərh     Baxış: 1 204
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən populyar kriptovalyutası olan bitkoin ucuzlaşmaqda davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bitkoin 3 800 dollardan ucuz alınıb satılır.

"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 9,53% azalaraq 3739,53 dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiyməti daha kəskin ucuzlaşır.

Belə ki, "Ethereum" 12,82% və ya 129,38, "Ripple" 11,25% və ya 0,379 dollaradək ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 129,13 milyard dollar təşkil edir və bunun 51,5 faizi bitkoinin payına düşür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.