İqtisadiyyat

Analitiklər neftin qiyməti üzrə proqnozu endiriblər

24 Dekabr 2018 23:30
0 Şərh     Baxış: 1 180
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Analitiklər 2019-cu il üzrə neftin qiymətinə dair proqnozu aşağı salıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Wall Street Journal" tərəfindən aparılan sorğuda iştirak edən 13 qlobal investisiya bankının analitikləri 2019-cu ilə dair neftin qiyməti üzrə proqnozu endiriblər. Analitiklər 2019-cu ildə "Brent" markalı xam neftin bir barrelinin orta qiymətinin 69 dollar olacağını gözləyirlər. Əvvəlki proqnoz 77 dollar/barrel idi. "Light" nefti üçün orta qiymət proqnozu isə 70 dollar/barreldən 63 dollar/barrelə endirilib.

Hazırda "Brent" neftin bir barreli Londonun ICE birjasında 53,34 dollara, "Light"ın bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 44,86 dollara satılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.