İqtisadiyyat

"Muğanbank" ASC Nizamnamə Kapitalını artırıb

21 Dekabr 2018 10:54
Baxış: 986

"Muğanbank" ASC-nin 13 noyabr 2018-ci il tarixində (AZ1001005466 qeydiyyat nömrəli) emissiyasına icazə verilmiş, ümumi məbləği 10 000 000 AZN təşkil edən, hər birinin nominal dəyəri 200 AZN olan 50 000 ədəd adi sənədsiz adlı səhmlərinin yerləşdirmə prossesi başa çatmış və emissiyasının yekunlarına dair hesabat 14 dekabr 2018-ci il tarixində təsdiq edilmişdir. 

Yerləşdirmədən sonra "Muğanbank" ASC-nin Nizamnamə Kapitalı artaraq 95 mln AZN-ə çatmışdır. 

Azərbaycanın maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan  "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda bankın ölkə ərazisində 42 filialı və 9 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. "Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), WorldBusiness Capital, Inc. (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), The Green for Growth Fund, Southeast Europe (GGF), Cənub-şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi nüfuzlu beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.