İqtisadiyyat

Kapital Bank-ın rəhbərliyi əsgərlər və şəhid ailələri ilə görüşüb

21 Dekabr 2018 10:36
Baxış: 1 140
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kapital Bank 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ərəfəsində növbəti sosial layihə həyata keçirib. Layihə çərçivəsində Bankın İdarə Heyətinin sədri, müavinləri, üzvləri, bir sıra departament direktorları və yaxın rayonlarda olan filialların direktorları hərbi hissədə əsgər və zabit heyəti, Qarabağ qaziləri, həmçinin şəhid ailələri ilə görüş keçirib. 

Layihəni həyata keçirməkdə məqsəd, vətən uğrunda canından keçmiş şəhidlərin yaxınlarına, həmçinin hazırda vətənimizin keşiyində duran əsgərlərə diqqət yetirməklə, onların bayram günlərində unudulmadıqlarını bildirməkdir. Ailələrindən, evlərindən uzaq olan əsgərlərə birgə bayram qeyd etmək, əsgərlərin mənəvi-psixoloji hazırlığına müsbət təsir göstərir. 

Tədbir zamanı Bankın rəhbərliyi Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissəyə baxış keçiriblər, əsgərlər üçün yaradılan şəraitlə tanış olublar və hərbi hissənin şəxsi heyəti ilə birgə nahar ediblər. Görüşdən sonra əsgərlərə və şəhid ailələrinə bayram sovqatı paylanılıb. Bundan başqa hərbi hissəyə, əsgər və zabitlərin ümumi istifadəsi üçün hədiyyələr də təqdim olunub.

Tədbirdə çıxış edən Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev, əsgərləri, zabitləri, müharibə veteranarını və şəhid ailələrini qarşıdan gələn bayram münasibətilə təbrik edib və tədbirin keçirilməsində dəstək olan Müdafiə Naziri Zakir Həsənova və hərbi hissənin komandirinə təşəkkürünü bildirib. 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 98 filialı və 11 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.