İqtisadiyyat

BMW və Tesla qiymətləri aşağı salıb

15 Dekabr 2018 21:27
0 Şərh     Baxış: 1 849
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çin hökumətinin ABŞ istehsalı olan avtomobillərə tətbiq olunan əlavə tarifləri dayandırması qərarından sonra "BMW" və "Tesla" Çin bazarında satışa çıxardığı nəqliyyat vasitələrinin qiymətlərini aşağı salıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "BMW" konserninin ABŞ-dakı zavodlarına yığılmış X5 avtomobilinin qiyməti 30 min yuan (4340 ABŞ dolları) azaldılıb. Bundan başqa, X6, X5M və X6M avtomobillərinin qiyməti Çinin ABŞ avtomobillərinə əlavə tariflər tətbiq etməyə başlamasınadək olan səviyyəyə endirilib.

Analoji qərarı "Tesla" şirkəti də qəbul edib. Belə ki, "Model S" və "Model X" avtomobillərinin qiymətləri müvafiq olaraq 15200 və 9400 dollar aşağı salınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.