İqtisadiyyat

BP Azərbaycandakı layihələrə 37,5 milyard dollar xərcləyib

15 Dekabr 2018 20:43
0 Şərh     Baxış: 1 557
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2013-2017-ci illərdə BP Azərbaycandakı layihələrinə 37 milyard 576 milyon dollar sərf edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə BP-nin "2017-ci ildə Azərbaycanda davamlı inkişaf" adlı hesabatında deyilir.

Hesabata görə, bu vəsaitin 30 milyard 531 milyon dolları əsaslı xərclər, 7 milyard 45 milyon dolları isə əməliyyat məsrəfləri olub.

Qeyd edək ki, BP şirkəti 26 ildir Azərbaycanda neft və qaz yataqlarının geoloji-kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələri idarə edir. Bu vaxtadək BP öz tərəfdaşları ilə birlikdə ölkədəki layihələrə ümumilikdə 72 milyard dollardan çox sərmayə qoyub. Azərbaycanda BP şirkətində 2 min 550 nəfərdən çox ölkə vətəndaşı işləyir və bu, şirkətin ixtisaslaşmış heyətinin 90 faizini təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.